Layihə

Ofis məkanının uğurlu planlanması bir çox hallarda onun layihə planının düzgün tərtib olunmasından asılıdır. Müasir dünyada ofisin planı böyük əhəmiyyət kəsb edir və şirkətlərin işinə birbaşa təsir edir. Ofis – “şirkətin üzü”dür, onun ilkin nümayəndəsidir. Bura gələn bütün insanlarda ilk təssüratı məhz ofisin necə olması yaradır.

Ofis planlanmasının ən əsas məqamlarında biri isə büdcə hesablanmasıdır. Planlama zamanı yarana biləcək bütün xərclərin əvvəlcədən hesablanması və nəzərə alınması çox vacibdir.

Bizim professional dizayn-marketoloqlar sizin büdcənizi, seçimlərinizi və ofisinizin xüsusiyyətlərini nəzərə alaraq sizə ofis məkanınızın planlaşdırılmasında tam xidmət edəcəklər. 

Ətraflı məlumat üçün: (+994 55) 244 88 42