rif-ofis-mebeli-2
Niyə RiF?

İş hər bir insanın həyatının ən vacib parçalarından biridir, xüsusən də uğurlu insanların. Nahaq yerə demirlər ki, iş yerimiz ikinci evimizdir. Hər birimiz ofisdə, iş yerimizdə günün bəlkə də ən məhsuldar vaxtlarını keçiririk. İş yoldaşlarımızla, komandamızla olduğumuz qədər ailəmizlə birlikdə olmuruq çox vaxt. Bütün bunlara görədir ki, işlədiyimiz məkan, oturduğumuz ofis, kreslomuz, iş masamız, ofis mebellərimiz işimizin effektivliyinə, uğurlarımıza birbaşa olaraq təsir göstərir.

Bəs biz evdəki o rahatlığı, komfortu, qayğını işimizdə hiss edə bilirikmi? İş yerimizdə kifayət qədər xoşbəxt oluruqmu? Hər gün işdən evə gedib öz rahat divanımızda uzanıb dincəlməyi arzuladığımız kimi hər gün səhər işə gedərək kreslomuzda, iş masamızın arxasında oturmağı arzulayırıqmı? Ofisimizə baxanda ürəyimiz açılırmı, bizə daha çox işləmək həvəsi gəlirmi? Ofisimizdəki mebelləri istədiyimiz zaman dəyişmək imkanına sahibikmi? Zövqümüzə və işimizin konseptinə uyğun istənilən ofis mebelini rahatlıqla tapa bilirikmi? Bugün Azərbaycan ofis mebeli bazarındakı qiymətlər bizim cibimizə uyğundurmu?

RİF Ofis Mebeli olaraq düşünürük ki, yuxarıdaki bütün sualların cavabı müsbət olmalıdır. Çünki, müsbət aura, müsbət iş mühiti bizim uğurlarımızın əsas açarıdır.

Bəs siz ofis mebellərinizi niyə məhz RİF Ofis Mebelindən almalısınız?

Çünki, biz vasitəçi deyilik.

Biz müştərilərimizə təklif etdiyimiz bütün mebel məhsullarını Avropanın, Türkiyənin, Yaxın və Uzaq Şərqin ən iri və qlobal mebel istehsalçılarından birbaşa olaraq təmin edirik və bizim bu partnyorlarımızla uzunmüddətli əməkdaşlıq keçmişimiz var.

Hər konseptə uyğun məhsullarımız var

Bizim hər zövqə uyğun məhsullarımız var. Biz məhsul çeşidlərini elə seçirik ki, bütün müştərilərimiz öz tərzinə uyğun mebeli tapa bilsin. Bundan əlavə biz mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirik və dünya ofis mebeli bazarında mövcud olan bütün trendləri izləyir və məhsul çeşidlərimizi yeniləyirik.

Bizim qiymətlər çox sərfəlidir.

Eyni keyfiyyət və eyni xidmət müqabilində təklif etdiyimiz qiyməti Azərbaycanın heç bir yerində tapa bilməzsiniz. Çünki biz ürəkdən inanırıq ki, biz yalnız müştərilərimiz qazandığı zaman qazanırıq.

Azərbaycanın istənilən nöqtəsinə çatdırırıq.

Biz bütün müştərilərimizə eyni keyfiyyətdə xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycan daxilində bizim üçün məsafə anlayışı yoxdur. Buna görə də bizimlə ofis mebellərinizi seçərkən əlavə qayğılara ehtiyac yoxdur, biz hamısını həll edəcəyik.

Bizdə “YOX” yoxdur!

Biz müştərilərimizə yalnız bu cavabı veririk: “Əlbəttə!”. Odur ki, nə başqa bir yerdə gördüyünüz qiymətlər, nə zövqünüzə uyğun mebelləri tapa bilmək qayğısı, nə də mebellərin keyfiyyəti sizi düşündürməsin. Siz istədiyiniz mebeli seçin, qalan hər şey üçün biz varıq!

Xidmətlərimiz

001-shipped
Çatdırılma və Quraşdırılma

Azərbaycanın istənilən nöqtəsinə çatdırılma və qurulaşdırma. İşçi qrupumuz operativ şəkildə və peşəkar səviyyədə mebelinizi ən qısa müddətdə  quraşdıracaqdır.

002-sketch
Bütün növ dizayn xidmətləri

Dizaynerlərimiz Sizin zövqünüzə və arzularınıza uyğun, individual interyer və dizayn, funksional va rahat mebel təklif edəcəklər.

007-sales-manager
Satış Meneceri sifariş edin

Əgər Sizin mebel salonumuza gəlməyə və ya kataloqu incələnməyə vaxtınız yoxdursa, bizim menecer-məsləhətçilərimiz istədiyiniz yerə gəlib Sizi məhsullarımız haqqında ətraflı məlumatlandıracaq.

006-payment
Onlayn və öncədən sifariş

Evinizdən çıxmadan istədiyiniz mebeli sifariş edə bilərsiniz. Həmçinin, bizim məhsullar arasında görmədiyiniz, amma çox istədiyiniz hər hansı bir dizaynda və üslübda ofis mebelini sifariş edə bilərsiniz.

005-repair-garage
Mebel təmiri və hissələrinin əvəz edilməsi

Mebelinizin hansısa bir hissəsi sıradan çıxıb və siz onu hələ uzun müddət istifadə etmək istəyirdiniz? Bizə müraciət edin!