Diz oturacağı necə işləyir?
Diz oturacağı ağırlığınızı oma/büzdüm fəqərələri və dizlər arasında bölüşdürür. Buna görə də bu oturacaqda bel yırtığı və büzdüm fəqərələrinin osteoxondrozu olan, həmçinin onurğa travması olan insanlar rahat otura bilərlər.
Aktiv oturma nədir, və ya nəyə görə diz oturacağında oturarkən 30 dəqiqəyə yoruluram?
Diz oturacağı kürəyi düz saxlamaq üçün korteks əzələlərini işləməyə məcbur edir, həmçinin korpusun qıraqlara hərəkətini asanlaşdırır. Onun üzərində oturarkən bədənin vəziyyətini rahat dəyişmək olur. Buna aktiv oturuş deyilir. Zamanla əzələlər yaxşı formada qalmağa öyrəşir və siz həm kompüter arxasında oturarkən, həm də gündəlik həyatda onurğanızı düz tutmağa başlayırsız.
Diz oturacağı kimlərə uyğundur?
Bu oturacağı ən çox İT sahəsinin və gözəllik sahəsinin işçiləri əldə edir, həmçinin valideynlər şagird övladları üçün alır. Bəzi həkimlər diz oturacağını kürək əyriliyi olan (lordoz) uşaqlar üçün məsləhət görürlər. Həmçinin oturacaq siyatik sinirin iltihabının simptomlarını aradan qaldırır.
Dizlər ağrımır bundan?
Bu oturacağın düzgün tənzimlənməsindən aslıdır. Əvvəl kiçik diskomfort hiss edə bilərsiniz, hansı ki 2 həftə ərzində keçir.
Diz oturacağına öyrəşmək nə qədər vaxt alır?
Öyrəşmək üçün təxminən 2 həftə lazımdır. Yorucu oturaq işlə məşğul olan insanlar daha tez öyrəşir və daha çox fayda hiss edirlər. Uzun zaman oturaq işlə məşğul olmayanlar adi ofis kreslolarını üstün tuturlar. Boyu hündür olan insanlar daha çətin öyrəşirlər. Daha çox əzələni tonusda sağlamaq – daha çox enerji sərf etmək deməkdir. Qadınlar kişilərdən daha tez öyrəşir.
Diz oturacağı haqda başqa nəyi bilməliyəm?
Diz oturacağı standard masa üçün kifayət qədər yüksəkdir. Ona daha hündür və ya tənzimlənən masa seçmək məsləhətdir. Erqonomik stulların tədqiqatçıları bu formulu məsləhət görürlər: oturacağın hündürlüyü oturan şəxsin boyunun 1/3-i qədər olmalıdır, masanın hündürlüyü isə – boyun yarısı qədər.
Diz oturacağı fiziki məşqi əvəz etməyəcək. Hər saat ərzində 5 dəqiqəlik fasilə vermək lazımdır: gəzmək, pilləkən qalxmaq, kürəyi və beli oynatmaq. Və ya hər yarım saatdan bir 1-2 dəqiqəlik mikro fasilələr etmək.
Mənə diz oturacağı lazımdırmı?
Əgər sizə aşağıdakılar aiddirsə, bu səhifəni bağlaya bilərsiniz:
* Heç vaxt kürəyiniz ağramır
* Mükəmməl onurğanız var
* Oturaq işiniz yoxdur